Haqqımda
Endokrinoloq-Diyetoloq. 15 ildən artıq klinik təcrübə. Azərbaycan Tibb Universiteti məzunu, Türkiyə Ege Universiteti ixtisasçısı. TEMD fəxri üzvü.
Şəxsi Hekayə
"Uşaqlıqdan özüm də artıq çəki ilə mübarizə apardığım üçün piylənmə müalicəsi mənim üçün xüsusi əhəmiyyət daşıyır."
9-cu sinifdə həkim olmaq qərarı verdim. Valideyinlərim — hər ikisi də həkim — mənim bu seçimə getməyimi istəmirdi. Dirəndim. Kimya, biologiya, fizika derslərini özüm seçdim. Azərbaycan Tibb Universitetini bitirdim, sonra Türkiyənin İzmir şəhərindəki Ege Universitetinə endokrinologiya ixtisası üçün getdim. Hal-hazırda Leyla Medical Center-də pasientlərimi qəbul edirəm.
Endokrinologiyanın məni ən çox həyəcanlandıran sahəsi piylənmədir. Elə ən çox baxdığım xəstə profili də obez xəstələrdir. Uşaqlıqdan özüm də artıq çəki ilə mübarizə apardığım üçün belə alınıb. Hər bir pasientə fərdi yanaşır, qan analizlərini, bədən analizatorunu və klinik tablonu birlikdə dəyərləndirirəm.
"Artıq çəki taleyiniz deyil. Piylənmə endokrin bir xəstəlikdir — sizin iradəsizliyinizlə deyil, metabolik, hormonal və genetik faktorlarla bağlıdır."
— Dr. Mədinə Dilbazi
Müalicə Fəlsəfəsi
Hər pasient fərqlidir. Eyni müalicəni hamıya tətbiq etmək mümkün deyil. Hormon balansını bərpa edərək həyat keyfiyyətini artırmaq əsas hədəfimdir.
Qan analizləri, bədən analizatoru, klinik tablo bir yerdə dəyərləndirilir. 40 dəqiqəlik ətraflı konsultasiya.
Tiroid, insulin, kortizol, prolaktin, cinsi hormonlar — bütün sistemin tarazlığı yoxlanılır.
Müvəqqəti deyil, davamlı nəticə. Həyat tərzi dəyişiklikləri müalicənin ayrılmaz hissəsidir.
Özüm də artıq çəki problemini yaşadım. Xəstənimi anlamaq üçün bu təcrübə çox dəyərlidir.
GLP-1 agonistlər, CGM, InBody analizi — ən müasir klinik protokollar tətbiq edilir.
Lazım olduqda kardioloq, nefroloq, ginekoloq, psixiatr kolleqalarla əlaqəli iş.
Sağlamlığınız üçün ilk addımı atın. Randevu alaraq ətraflı müayinəyə müraciət edin.