Müayinə və analiz
Qalxanabənzər vəzin ultrasəs müayinəsi
Qısa cavab
Tiroid ultrasəsi qalxanabənzər vəzin formasını, ölçüsünü, həcmini, strukturunu, düyünlərin xüsusiyyətlərini və boyun limfa düyünlərini göstərən zərərsiz, şüasız müayinədir. O, vəzin funksiyasını (hormon səviyyəsini) göstərmir — buna görə qan analizləri ilə birlikdə qiymətləndirilir. Hazırlıq tələb olunmur.
Bu səhifələrdəki istinad dəyərləri ümumi məlumat xarakterlidir. Laboratoriyalar arasında normal aralıqlar fərqlənə bilər; nəticəni həmişə laboratoriyanın göstərdiyi aralıq və həkimin şərhi ilə birlikdə qiymətləndirin.
Nə üçün aparılır?
- Palpasiyada düyün və ya böyümə aşkarlandıqda;
- Haşimoto, Qreyvs və digər tireoiditlərin xarakterik görüntüsünü qiymətləndirmək üçün;
- düyünlərin risk kateqoriyasını (TI-RADS) müəyyən etmək və biopsiya qərarı üçün;
- xoşxassəli düyünlərin izlənməsi və biopsiyanın ultrasəs nəzarəti altında aparılması üçün.
Dr. Mədinə Dilbazinin izahları
- "Dr, UZİ edək yoxsa qan analizləri?" sualına həkimin cavabı: qalxanabənzər vəz xəstəliklərinin diaqnostikasında hər iki müayinə növü mütləqdir; ultrasəs vəzin struktur dəyişikliklərini, qan analizləri isə funksional dəyişiklikləri göstərir və bir-birini əvəz etmir. Bəzən diaqnozun dəqiqləşdirilməsi üçün sintiqrafiya və ya biopsiya da lazım olur.
- "Düzgün diaqnostika = doğru diaqnoz = doğru müalicə."
- Ultrasəsin düyünün xərçəng riskini qiymətləndirməyə kömək etdiyini, lakin dəqiq cavabı biopsiyanın verdiyini izah edir.