Şəkərli diabet

Diabetin ağırlaşmaları və diabetik ayaq

Qısa cavab

Uzun müddət nəzarətsiz qalan diabet gözün torlu qişasını (retinopatiya), böyrəkləri (nefropatiya), sinirləri (neyropatiya), ürək və beyin damarlarını zədələyir. Nəticədə görmə itkisi, dializ, infarkt, insult və ayaq yaraları səbəbindən amputasiya riski artır. Qan şəkəri, təzyiq və xolesterinə nəzarət, siqaretdən imtina və müntəzəm skrininq bu risklərin əksəriyyətini azaldır.

Sxematik təsvir: sutka ərzində qan şəkərinin dəyişməsi; 70 mq/dl — hipoqlikemiya həddi, 180 mq/dl — yeməkdən sonrakı pik üçün hədəf (ADA)

Skrininq cədvəli (ümumi tibbi məlumat, ADA əsasında)

MüayinəNə vaxt
Göz dibi (oftalmoloq)Tip 2-də diaqnoz zamanı, sonra adətən ildə bir dəfə
Sidikdə albumin/kreatinin nisbəti və eGFRİldə ən azı bir dəfə
Ayaqların ətraflı müayinəsi (həssaslıq, nəbz, dəri)İldə ən azı bir dəfə; risk varsa hər qəbulda
TəzyiqHər qəbulda
Lipid profiliDiaqnoz zamanı və müalicə dövründə mütəmadi

Diabetik ayaq: gündəlik qulluq

  • Ayaqları hər axşam yoxlayın (alt hissəsini görmək üçün güzgüdən istifadə edin).
  • Ayaqları ılıq (təxminən 37 °C) su ilə yuyun, yumşaq dəsmalla, xüsusilə barmaq aralarını yaxşıca qurulayın.
  • Barmaq araları istisna olmaqla nəmləndirici krem çəkin ki, dabanlarda çat yaranmasın.
  • Dırnaqları düz kəsin, kənarlarını hamarlayın; görmə zəifdirsə yaxınlarınızdan kömək istəyin.
  • Döyənək və ölü dərini özünüz kəsməyin, döyənək dərmanları istifadə etməyin — mütəxəssisə müraciət edin.
  • Rahat, yumşaq dərili, ayağı sıxmayan ayaqqabı geyinin; barmaq arası səndəllərdən və çılpaq ayaqla gəzməkdən (xüsusilə isti qumda, qayalıqda, kələ-kötür yerdə) çəkinin.
  • Ayaqda qızartı, şişkinlik, yara, keyimə, yanma, batma və ya "qarışqa gəzmə" hissi yaranarsa dərhal həkimə müraciət edin. Ayaqda üç həftədən çox sağalmayan yara varsa, diabet araşdırılmalıdır.
Həkimin yanaşması

Dr. Mədinə Dilbazinin yanaşması

  • Diabetin vaxtında müalicə olunmadığı halda korluq, böyrək çatışmazlığı, infarkt, insult və aşağı ətrafların amputasiyası ilə nəticələnə biləcəyini, erkən diaqnoz və müalicənin bunun qarşısını almağın açarı olduğunu vurğulayır.
  • Diabetlilərdə hissiyatın zəifləməsi səbəbindən ayaq yaralarının gec aşkarlandığını, buna görə hər axşam ayaq yoxlamasının vacib olduğunu dəfələrlə izah edib.
  • Diabet ağırlaşmalarının idarəsində kardioloq, nefroloq, oftalmoloq və damar cərrahı ilə birgə işin vacibliyini qeyd edir; diabetin müalicəsindəki yenilikləri kardioloq və nefroloq həmkarları ilə birgə müzakirə etdiyi tədbirlərdə iştirak edib. Uzun sağalmayan diabetik yaralarda hiperbarik oksigen terapiyasının seçilmiş hallarda göstəriş ola biləcəyini qeyd edib və bu mövzuya həsr olunmuş konfransda iştirak edib (2020).
  • Diabetin kişilərdə cinsi zəifliklə əlaqəsini ayrıca maarifləndirmə mövzusu kimi müzakirə edib.
Dr. Mədinə DilbaziEndokrinoloq-diyetoloq

Tez-tez axtarılanlar

Qəbula yazılın

Qəbul öncədən qeydiyyatla aparılır — gəlməzdən əvvəl zəng edin və ya WhatsApp-a yazın. Leyla Medical Center, Yusif Səfərov küçəsi 19, Xətai rayonu.

Zəhmət olmasa, formaya ətraflı tibbi məlumat yazmayın — onları qəbulda həkimlə müzakirə edəcəksiniz.

Forma məlumatı saytda saxlanmır: mesaj sizin cihazınızda hazırlanıb WhatsApp vasitəsilə göndərilir.

Kuki ayarları