Yüksək təzyiq dünyada və ölkəmizdə ən çox rast gəlinən sağlamlıq problemlərindəndir və insult, infarkt, ürək və böyrək çatışmazlığı, görmə itkisi riskini artırır. Hər il minlərlə insana təzyiq dərmanı yazılır, amma bəzi hipertoniya növlərinin səbəbi hormonaldır — və onlar səbəb aradan qaldırılmadan tam idarə olunmur.

"Təzyiq deyib keçməyin": bir neçə dərmana baxmayaraq təzyiq hədəfə enmirsə, gənc yaşda başlayıbsa, qanda kalium aşağıdırsa, tutmalarla gələn təzyiq sıçrayışları, tərləmə və ürəkdöyünmə varsa, endokrin səbəb araşdırılmalıdır:

  • birincili hiperaldosteronizm (ən çox rast gəlinən endokrin səbəb) — aldosteron/renin nisbəti ilə skrininq (Endocrine Society-nin 2025-ci il təlimatı bu skrininqi hipertoniyası olan hər kəsə tövsiyə edir);
  • feoxromositoma — metanefrinlər;
  • Kuşinq sindromu;
  • hiper- və hipotireoz;
  • hiperparatireoz;
  • akromeqaliya;
  • insulin rezistentliyi və piylənmə.

Birincili hiperaldosteronizmdə bir tərəfli adenoma aşkarlanarsa, böyrəküstü vəzi kütləsinin cərrahi yolla çıxarılması təzyiqin və kalium səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verə bilər; iki tərəfli formada dərman müalicəsi seçilir.